Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olub.
Bununla bağlı AZXEBER.COM Azərbaycan Dövlət Neft Şirkətinin çempionata hazırlıq səviyyəsini öyrənmək üçün qurumun İctimaiyyətlə Ələqələr şöbəsinin müdiri Nizaməddin Quliyevlə söhbətləşib.
Portalımıza açıqlamasında ARDNŞ sözçüsü Nizaməddin Quliyev bildirib ki, bu kifayət qədər ciddi hadisədir və ölkəmizin beynəlxaq miqyasda reputasiyasına müsbət çalarlar gətirəcək:
“Bununla bağlı qərar dünən elan olunub. Yəqin ki, çempionat hazırlıqlarına yaxın dövrlərdə başlanacaq və bu barədə ictimaiyyətə vaxtaşırı məlumatlar veriləcək”.