SOCAR Londonda Beynəlxalq Neft Həftəsində tədbir keçirib

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində tədbir keçirib
İQTİSADİYYAT
16:22 28.02.2019
5012
 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londonda keçirilən Beynəlxalq Neft Həftəsi çərçivəsində "Natural History Museum”də uğurla tədbir həyata keçirib.

"Report”un verdiyi xəbərə görə, tədbirdə BP, "Glencore”, "Vitol”, "Trafigura”, "Totsa”, "Litasco”, ING, "ABN Ambro”, "BNP Paribas” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbiri SOCAR prezidenti Rövnəq Abdullayev, şirkətin marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Trading"in İcraçı Direktoru Məryəm Almaszadə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər. 

Bildirilib ki, SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsi, şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni tərəfdaşlar əldə etmək olub.

Qeyd edək ki, Beynəlxalq Neft Həftəsi 26-28 fevral tarixləri arasında keçirilir. Neft həftəsi çərçivəsində "Dəyişən dünyada yeni enerji erası”, "İqlim dəyişikliyinə qarşı mübarizə üçün atılmalı addımlar”, "Rusiyanın beynəlxalq neft və qaz sektorunda rolu”, "Xəzər dənizi regionunda neft və qaz istehsalının artımı”, "Orta Şərqdə enerji sammiti” mövzusunda konfranslar və seminarlar keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR