"SOCAR Türkiyə" TANAP-da pay alır

"SOCAR Türkiyə" TANAP-da pay alır
İQTİSADİYYAT
16:47 27.08.2015
1669
"SOCAR Turkey Energy"-nin prezidenti Kənan Yavuz TANAP hissələrinin alınması ilə bağlı məlumat verib.
AZXEBER.COM-un məlumatına görə, o, "SOCAR Türkiyə"nin TANAP-ın hissələrinin 7 faizini alacağını bildirib.
Kenan Yavuz BloombergHT-yə verdiyi müsahibəsində qeyd edib ki, "Goldman Sachs" investisiya bankının "SOCAR Türkiyə"dəki hissələrinin 13 faizi 2020 və ya 2021-ci illərdə satışa təqdim ediləcək.
"Goldman Sachs" SOCAR Türkiyənin hissələrini almaq üçün 1,3 milyard dollar ödəyib. Qurum rəhbəri əldə edilən pulla Petkim özəlləşdirmə layihəsindən qalan 1 milyard dollar borcu vaxtından əvvəl ödəmə fürsəti əldə etdiklərini söyləyib.
"SOCAR Türkiyə" 2012-ci il mayın 12-dən etibarən fəaliyyət göstərir. Şirkət Azərbaycan və Türkiyə arasında daha da güclənən iqtisadi əlaqələrin ən əsas təmsilçisidir.
OXŞAR XƏBƏRLƏR