SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıb

SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıb
İQTİSADİYYAT
13:45 06.09.2022
435
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi olan "SOCAR Energy Ukraine” şirkəti növbəti xeyriyyə aksiyasına – məktəblilərin tibbi yardım dəstləri ilə təmin edilməsi üçün vəsaitin toplanmasına başlayıb.

Bu barədə "SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.

Bildirilir ki, artıq hər arzulayan şəxs "Məktəblilər üçün ilk yardım dəsti” təşəbbüsünə qoşula bilər.

SOCAR-ın yanacaqdoldurma məntəqələrindən alınan hər bir xüsusi xoruz naxışlı içki stəkanından əldə olunan vəsaitin bir hissəsi məktəblilərin təhlükə anlarında həyatını xilas edəcək tibbi ləvazimatlarla təmin olunmasına yönəldiləcək. İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var.

Bu təlimatlar Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyinin koordinasiya etdiyi Milli Psixi Sağlamlıq və Psixososial Dəstək Proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.

"SOCAR Energy Ukraine” şəbəkəsinin direktoru İqor Orlov bildirib ki, SOCAR komandası üçün ukraynalıları, böyükləri və uşaqları dəstəkləmək hər zaman prioritetdir:

"Biz tərəfdaşlarımıza birliklərinə görə, belə mühüm layihədə iştiraka razılıq verdikləri üçün minnətdarıq. Bir tərəfdən, çox istərdik ki, bu dəstlər heç kimə lazım olmasın. Amma digər tərəfdən, çox vacibdir ki, bu ilkin tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakıların həyatını xilas edə bilsinlər”.

Yelena Zelenskaya bildirib ki, Ukraynada adi insanlardan tutmuş böyük biznesə qədər hər kəsin maksimum dərəcədə bacardığını etməsini görmək inanılmazdır:

"Çünki yalnız bu yolla biz birlikdə qalib gələ biləcəyik”.

"SOCAR Energy Ukraine”nin xeyriyyə layihəsinin tərəfdaşı dobro.ua xeyriyyə platforması, icraçısı isə Ukrayna Təhsil və Elm Nazirliyinin ekspert dəstəyidir.

Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet bildirib ki, təhsil prosesinin bütün iştirakçılarının təhlükəsizliyi hərbi vəziyyət zamanı tam ştatlı təhsilin yeganə şərtidir:

"Dövlət orqanlarının, ərazi icmalarının və Təhsil və Elm Nazirliyinin tərəfdaşlarının birgə səyləri nəticəsində məktəblərin 64%-də ənənəvi təhsil imkanını yaratmaq mümkün olub. Bununla belə, bu istiqamətdə işlər davam edir. Çünki bizim üçün maksimum sayda şagirdin keyfiyyətli təhsil ala bilməsi, eləcə də həmyaşıdları və müəllimləri ilə üzbəüz ünsiyyət qurması vacibdir. SOCAR-ın ukraynalı tələbələri xüsusi tibbi dəstlərlə təmin etmək təşəbbüsü bu gün hər bir uşağın və müəllimin təhlükəsizliyi, həyat və sağlamlığının qorunması, təhsil zamanı psixoloji sabitlik üçün arzularımızın mühüm tərkib hissəsidir. Yaxşı işlərə görə məsuliyyətli biznesə təşəkkür edirəm”.

Dobro.ua xeyriyyə platformasının direktoru İrina Qutsal isə bildirib ki, hazırda ukraynalı uşaqların qayğıya və diqqətə çox ehtiyacı var:

"Bunun üçün də şadıq ki, dobro.ua və SOCAR arasında əməkdaşlıq onlara həsr olunub. Uşaqlar bizim gələcəyimizdir. Onlar təkcə biliyə deyil, həm də təhlükə anlarında keyfiyyətli tibbi xidmətə fasiləsiz çıxış əldə etməlidirlər. SOCAR-da xeyriyyə stəkanında qəhvə içmək təkcə köməyə qoşularaq kömək etməkdən ibarət deyil. Bu, həm də Ukraynanın gələcək həyatına və rifahına töhfədir!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib