Soçidə azərbaycanlı idmançılar rekord vurdu - FOTOLAR

İDMAN
00:28 18.02.2014
2200

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə duetlərinin çıxışına bu gün yekun vurulacaq.

AZXEBER.COM Apasport.az saytına istinadən xəbər verir ki, yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərən idmançılar bu dəfə sərbəst proqramda bacarıqlarını nümayiş etdirirlər.

Azərbaycanı təmsil edən Aleksey Sitnikov – Yuliya Zlobina dueti də büz üzərinə çıxıb. Qısa rəqsdə inamlı təsir bağışlayaraq, 14-cü olan cütlüyümüz bu dəfə “8” nömrə altında mübarizə aparıb. İlk gündə hakimlərdən 58,15 bal alan cütlüyümüzün ikinci çıxışı daha uğurlu alınıb və onlar 91,78 bala layiq görülüb. Bununla da 2 nəticənin cəmində 148, 63 bal toplayan Sitnikov – Zlobina dueti yığmamızın rekorduna imza atıb. Çünki təmsilçilərimiz ən azı 14-cü yeri özlərinə təmin ediblər. İndiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yer idi.

***

Yarışın qalibi adı Çarli Uayt - Meril Devis (ABŞ, 195,52) cütlüyünə qismət olub. Vankuver-2010-un qızıl mükafatçıları Skott Moyr - Tessa Virçu (Kanada, 190, 99) bu dəfə gümüş medalla kifayətləniblər. İlk "üçlüyü" isə rusiyalı Nikita Katsalapov - Yelene İlinıx (183,48) dueti qapayıb.

Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar və ümumi nəticə ilə (148,63) 12-ci yeri tutub.

Qeyd edək ki, növbəti 2 gündə daha 2 idmançımız mübarizəyə qoşulacaq.

OXŞAR XƏBƏRLƏR