Sofuoğlu 5 yaşlı oğluna avtomobil aldı - VİDEO

Sofuoğlu 5 yaşlı oğluna avtomobil aldı - VİDEO
MAQAZİN
11:05 16.04.2024
240
Superstok yarışlarında üçüncü yeri tutaraq türk bayrağını Avropada yüksəklərə qaldıran motor yarışcısı Kenan Sofuoğlu oğluna aldığı hədiyyə ilə gündəmə gəlib.
 
AZXEBER.COM xəbər verir ki, yaşıdlarından fərqli olaraq dəbdəbəli avtomobil sürərək adından söz etdirən Kənan Sofuoğlunun oğlu Zeynin 5 yaşı tamam olub.
 
Sofuoğlu oğlunun ad günü üçün milyon dollarlıq idman avtomobilini ona hədiyyə etdiyi anları paylaşıb. 
 
Uşağa 1.5 milyonluq avtomobil almasını qınayan izləyicilər sosial şəbəkədə Sofuoğlunu tənqid atəşiə tutub. Nəqliyyat vasitəsini almadığını deyən Sofuoğlu hadisə ilə bağlı həqiqəti danışıb:

"Bu maşın bizim deyil, bir dostumuzundur. Maşını bəzəyərək oğlumun yanına gətirdi. Zeynin ad günündə maşın sürməsini izləmək istəyirdik" deyə açıqlama verib.
 
Xatırladaq ki, daha öncə də Kənan Sofuoğlunun oğlu Zaynin yolsuzluq avtomobilləri, panel furqonlar, yük maşınları və motosikletlər kimi bir çox avtomobili idarə edərkən görüntüləri yayılmışdı.
 
Aysel
 






OXŞAR XƏBƏRLƏR