ŞOK! 35 yaşlı kişi pula görə anasının başını kəsdi - FOTO
DÜNYA
17:28 14.01.2013
2825
Türkiyənin Konya şəhərində dəhşətli cinayət baş verib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Abdülaziz məhəlləsində yaşayan 56 yaşlı Havva Dönertaşın meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, qadını elə onun öz doğma oğlu, 35 yaşlı Mustafa öldürüb.Məlum olub ki, Mustafa anasının əvvəlcə başını kəsib. Sonra isə qadına 60 bıçaq zərbəsi vurub. Cinayəti törətdikdən sonra şkafdan 10 min türk lirəsi (5655 dollar) götürərək marketə düşüb. O, bütün pula müxtəlif markalı siqaret alıb. Daha sonra Mustafa evə qalxaraq, anasının meyiti üstündə oturub və siqaret çəkməyə başlayıb.Meyit tibbi ekspertiza üçün morqa göndərilib. Hadisəni törədən Mustafa isə ruhi və əsəb səstəlikləri xəstəxanasına göndərilib.