Meksikada 9 yaşlı qız dünyaya uşaq gətirib.AZXEBER.COM-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Xalisko ştatının Sapopan şəhərində qeydə alınıb.Körpənin çəkisi 2,7 kiloqram, boyu 50 santimetrdir. Ana və qızı özlərini yaxşı hiss edirlər. Doğum hadisəsi yanvarın sonunda baş versə də, bu barədə məlumat indiyə yayılıb.Bu arada isə hhüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar. Xalisko prokurorluğu hesab edir ki, söhbət zorlamadan və azyaşlıya qarşı seksual hərəkətlərdən gedə bilər.