18 saylı Nərimanov – Nizami seçki dairəsindən deputatlığa ən gənc namizəd, jurnalist Tural Məmmədzadə maraqlı və təəccüb doğuran açıqlama verib. O, seçkilərdə qalib gələcəyi səs faizlərini açıqlayıb – 81.5%.
Gənc jurnalist açıqlamasına belə aydınlıq gətirib:
"Bildiyiniz kimi imza toplama kampaniyası başlayan gündən bütün imzaları şəxsən özüm toplamışam. Demək olar ki, Nərimanov-Nizami ərazisində dairəmiz üzrə bütün evlərdə olmuşam. Həm imza toplama həm də, təbliğat təşviqat prosesləri zamanı bütün seçicilərimizdən eyni zamanda sorğu götürmüşük. "Seçkidə iştirak edəcək mi? edəcəksə kimə səs verəcək?" bu kimi sualların yer aldığı seçki sorğusu və analiz aparmışıq. Bildiyiniz kimi, mən marketinq və pr üzrə ekspert – mütəxəssisəm, bu tip marketinq analizlərini dünyanın nüfuzlu şirkətləri öz alıcıları ilə dəqiq proqnozlaşdırma mərhələsində aparır.
Demək olar ki, nəticələr çox cuzi fərqlə üst-üstə düşür. Seçki sorğularının nəticələrinə əsasən ən yüksək faiz dərəcəsini mən toplamışam 81.5 % . Təbii ki , bu mənim insanlara özümü təqdimatım, dairə üzrə ən gənc namizəd olmağım, jurnalist fəaliyyəti ilə məşqul olmağım və dairə üzrə rəqiblərim ilə bağlıdır. Mən əminəm ki, 9 fevral seçkilərin nəticələri ilə bizim dəqiq sorğu anketlərimizin nəticəsi çox ciddi olmayan fərqlə üst-üstə düşəcək. Özümü aşkar favorit hesab edirəm, qalib gələcəyimə inanıram.
Tural Məmmədzadə açıqlamada onu da bildirdi ki, digər namizədləri də, analiz sorğunun nəticələri ilə tanış etməyə hazırdır. İstəsələr onların səs faizi və seçici fəallığı ilə onları da tanış edə bilərik.
Qeyd edək ki, Tural Məmmədzadə 10 ildir ki , jurnalist fəliyyəti ilə məşquldur , müxtəlif kanallarda teleaparıcı kimi çalışıb , bir çox media qürumlarına rəhbərlik edib. Jurnalist fəaliyyəti ilə yanaşı Tural , Azərbaycanda bir çox nüfuzlu şirkətlərin Marketinq və PR rəhbəri vəzifəsində çalışıb.