Dünyanın 50-dən artıq ölkəsində yayımlanan “Muhteşem Yüzyıl” serialında Hürrəm Sultan obrazını yaradan kürən saçlı aktrisa Məryəm Üzərlinin oxşarı peyda olub.
Dünəndən bəri sosial şəbəkələrdə “Hürrəm”ə həm saçları, həm gözlərinin rəngi, həm danışıq tərzi ilə çox bənzəyən qızın aktrisanın serialdakı monoloqlarını səsləndirdiyi videosu yayılıb.
İndi hər kəs bu gənc xanımın Hürrəm Sultanın serialdakı yeni obrazı olacağından danışır.Xatırladaq ki, ötən həftə yarıtürk-yarıalman əsilli olan Məryəm Üzərli tükənmişlik sindromundan əziyyət çəkdiyini bildirərək Türkiyəni tərk edib və Almaniyaya geri dönüb. Həddən artıq çox işlədiyini, çox yorulduğunu və stressin onu əldən saldığını deyən aktrisa deyəsən, geri dönmək niyyətində deyil. O, hal-hazırda Almaniyada psixoloji realibitasiya dövrünü keçir.Yeni gənc xanımın onun yerini tutacağı ilə bağlı dedi-qodular isə səngimək bilmir. Hətta “əkiz”in artıq serialda oynamaq üçün prodüserlə sözləşmə imzalayacağı da güman olunur.