ŞOK: Məhəmməd Peyğəmbərə şəxsiyyət vəsiqəsi çıxartdılar - FOTO

MARAQLI
19:24 22.08.2011
2375

Türkiyənin Of əyalətinin müftisi Mehmet Gənç və “Peyğəmbərimizi Tanıtma və Mədəniyyət Vəqfi”nin üzvü Burhan Gültekin Məhəmməd Peyğəmbərə şəxsiyyət vəsiqəsi hazırlayıblar.

Peyğəmbərin doğumundan 1422 il sonra ona şəxsiyyət vəsiqəsi hazırladıqlarını bəyan edən şəxslər bunun dünyada bir ilk olduğunu deyiblər. 

Onlarda şəxsiyyət vəsiqəsindən min ədəd olduğunu və hər birinin 1 türk lirəsinə (50 qəpik – red.) satıldığını söyləyən “işbazlar” bunun maya dəyərinin 25 quruş (təxminən 12 qəpik) olduğunu açıqlayıblar. İdeya müəllifləri “inşallah, Rəsulallah 1422 il sonra hazırlanan bu şəxsiyyət vəsiqəsindən mənəvi baxımdan məmnun olub” - deyə, qeyd ediblər. “Şəxsiyyət vəsiqəsi”ndə Məhəmməd Peyğəmbərə Türkiyə Cümhuriyyəti vətəndaşlığı nömrəsi verilib, həmçinin vəsiqədə Peyğəmbərlə bağlı bir çox məlumatlar da öz əksini tapıb.  /// lent.az

OXŞAR XƏBƏRLƏR