Şokolad istehsalçıları qiymətləri aşağı endirəcək

DÜNYA
11:58 28.08.2024
125
Şokolad istehsalçıları kako meyvəsindən istifadə etmək üçün yeni formula tapıblar.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə qida sənayesində çalışan alimlər bütöv kakao meyvəsindən istifadə edərək şokolad istehsal etməyin yolunu tapıblar. Üstəlik, yeni şokoladlar şəkərdən istifadə edilmədin meyvənin öz şirəsi ilə hazırlanacaq.

Qeyd edək ki, ənənəvi üsulda demək olar ki, balqabaq ölçüsündə olan meyvənin sadəcə çiyidləri istifadə edilir qalan hissələri isə tullantı olurdu.

Sürix Federal Texnologiya İnstitutunun alimlərinin kəşf etdiyi yeni üsulla artıq meyvələrdən də istifadə ediləcək.
 
Bu yeni kəşfin müsbət cəhəti kako meyvəsinin ananasa bənzər spesifik şirəsindən istifadə edilərək hazırlanacaq. Bu da şokoladın tərkibindəki zərərli şəkəri minimuma endirəcək.
OXŞAR XƏBƏRLƏR