'Şokolad' qadın klubunun 'Yeni İl' görüşü

MAQAZİN
18:40 18.12.2013
1796

“Şokolad” qadın klubu bütün xanımları 22 dekabr Crystal Plaza Baku (8 mərtəbə) keçiriləcək “Yeni İl Görüş”-nə dəvət edir.

Əyləncəli görüşdə sevimli geyim, kosmetika brendlərinizin təmsilçiləri, iş həyatında uğur qazanmış xanımlar və sahibkar xanımlar iştirak edəcəklər.

Rahat atmosferada Yeni il gecəsini necə qarşılamaq mövzusunda maraqlı söhbət, qonaqların çıxışı, musiqi, tanışlıq, fotosessiya və digər sürprizlərlə qarşılaşmaq imkanı var.

Xatırladaq ki, “Şokolad” qadın klubu – eyni fikirli xanımları bir araya gətirən, ətirli çay arxasında maraqlı mövzular müzakirəsi təşkil edən qapalı qadın klubudur. Müəyyən kriteriyalara görə qəbul təşkil edən qadın klubunda hər mövzuya uyğun olaraq professional və tanınmış qonaqların - psixoloq, stilist, həkim, modelyer və s. iştirakı isə görüşləri daha səmərəli edir. Restoran, gözəllik və spa salonları və digər məkanların birlikdə ziyarəti isə görüşləri daha maraqlı və yadda qalan edir. Hər görüşün öz mövzusu olur. Bu mövzuları klub uzvləri də təklif edə bilər.

“Şokolad” qadın klubuna üzv olmaq üçün qeydiyyatdan keçmək lazımdır

Tel: (+994) 50 282 00 12

Xoşbəxt və sevimli olun, əsl qadın olun.

OXŞAR XƏBƏRLƏR