Somalidə silahlılar Quriel şəhərini yenidən tutublar, döyüşlərdə ölənlər var

Somalidə silahlılar Quriel şəhərini yenidən tutublar, döyüşlərdə ölənlər var
DÜNYA
23:51 23.10.2021
371
Somalidə silahlı qruplaşma üzvləri ölkənin mərkəzindəki Quriel şəhərini yenidən ələ keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Somali Guardian" xəbər portalı məlumat yayıb.

Məlumata görə, silahlılar səhər saatlarında hökumət qüvvələri tərəfindən Qurieldən qovulduqdan sonra axşam saatlarında əks-hücuma keçiblər. Nəticədə Qalmuduq əyalətində strateji baxımdan əhəmiyyətli olan Quriel şəhəri yenidən onların əlinə keçib.

Hökumət qüvvələri ilə gün ərzində davam edən küçə döyüşlərində 12 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR