TV-8 kanalında yayımlanan "MasterChef" yemək proqramının münsiflər heyətinin üzvü, aşpaz Somer Sivrioğlu ilə bağlı yeni iddialar ortaya atılıb.
AZXEBER.COM Türkiyə mətbutaına istinadən xəbər verir ki, Sivrioğlunun "Acun Medya" tərəfindən işdən çıxarıldığı iddia edilib.
Buna səbəb isə aşpazın 2 aprel boykotuna dəstək verməsi olub.
Hər iki tərəfdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Somer Sivrioğlu 2 aprel baykot günü sahibi olduğu restoranların fəaliyyətini dayandıraraq aksiyalara dəstək verib.
Aysel