"Son 10 gündə 50 terrorçu məhv edilib”.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında son günlərdə zərərsizləşdirirlən terrorçuların sayını açıqlayıb.
Mayın 3-də Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi və terrorçuların məhv edildiyi əməliyyatdan danışan Akar bunları deyib:
"Həmin əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Beləliklə, son 10 gündə məhv edilən terrorçuların sayı 50-yə çatıb”.
Gülay