"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"

"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
SİYASƏT
09:25 26.09.2026
106
İndiyədək görülən işlər gələcək inkişafın əsas ilkin şərti olub. Çünki görülən işlər, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcək haqqında danışmaq çətin olardı.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Buna görə də biz həmin müsbət dinamikaya əsaslanmalıyıq. İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi görməsinə və ölkəmizdə artıq əlverişli investisiya mühitinin formalaşmasına əsaslanmalıyıq. Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir. Bütün bunlara əsaslanaraq, iqtisadi inkişafın ümumi tendensiyalarına uyğun hərəkət etməli, uzunmüddətli və dayanıqlı artımı təmin etmək üçün neft-qaz sektorundan kənardakı sahələrdə mövcud potensialımızdan istifadə etməliyik”, - Prezident bildirib.

"Mən bir neçə əsas prioriteti qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Biz nəhəng potensiala malikik. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat təşkil edir. Bundan əlavə, quruda yerləşən günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir. Məqsədimiz elektrik enerjisinin istehsalında təbii qaz istehlakını minimuma endirmək və qənaət olunan qaz ehtiyatlarını ixraca yönəltməkdir. Qarşıdakı beş ildə bərpaolunan enerji layihələri hər yerdə olacaq. İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, şübhəsiz ki, logistika və nəqliyyatdır. Biz uzun müddətdir ki, bu istiqamətdə çalışırıq: fiziki infrastruktur yaradır, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdırır və qonşu ölkələrlə əməkdaşlıq edirik. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur və qonşularımız olmadan bu işi yalnız ölkə daxilində həyata keçirə bilmərik. Ənənəvi təchizat zəncirlərinin bəzilərinin böhranla üzləşdiyi mövcud siyasi vəziyyət nəzərə alınarsa, bu sahə iqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsinə çevriləcək”, - Prezident İlham Əliyev qeyd edib.

"Bu, yerli və xarici investisiyalar üçün böyük fürsətdir. Elektrik enerjisi istehsalı gücü də, şübhəsiz ki, mühüm əhəmiyyət daşıyır. Biz bu məsələyə iki istiqamətdən yanaşırıq. Birincisi, həmin enerjidən süni intellekt və məlumat mərkəzləri də daxil olmaqla, ölkə daxilində maksimum dərəcədə necə istifadə etməkdir. İkincisi isə elektrik enerjisinin necə ixrac olunmasıdır. Bizdə elektrikötürücü xətlər var, lakin onların gücü kifayət etmir. Buna görə də hazırda yeni elektrikötürücü xətlərin yaradılması və mövcud xətlərin genişləndirilməsi üzərində işləyirik. Bu da gələcək iqtisadi inkişafın mühüm hissəsini təşkil edəcək. Böyük potensiala malik sahələrdən biri də mədən sənayesidir. Bir neçə gün əvvəl mədən sənayesi ilə bağlı dövlət proqramı qəbul edilib. Bu, dörd ili əhatə edən qısamüddətli proqramdır və sahədə böyük fəallıq yaradacaq. Bunlar inkişafımızın əsas istiqamətləridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

"Əlbəttə, hamının bildiyi, lakin bəzən açıq şəkildə dilə gətirilməyən əsas məsələni — neft və qazı da unutmamalıyıq. Xüsusilə nəzərə alsaq ki, bu il çoxsaylı müqavilələr imzalanıb və bu gün də yeni müqavilələr imzalanacaq. Buna görə də neft-qaz sektoru iqtisadiyyatımızda dominant mövqeyini qoruyacaq və yenidən investisiyaya yönəldiləcək sərvətin formalaşdırılmasını davam etdirəcək”, - Prezident İlham Əliyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO