AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəylə bağlı Türkiyə Futbol Federasiyası (TFF) prezidenti Mehmet Ali Aydınlar bu gün klub prezidentləri ilə görüşüb.
Görüşdən sonra mətbuat konfransı keçirən Aydınlar araşdırmada adıçəkilən klubların ikinci liqaya düşməyəcəyini deyib. O qeyd edib ki, Süper Liqa planlaşdırıldığı kimi avqustun 5-də başlayacaq və "Fənərbaxça"nın çempionluğu əlindən alınmayacaq.
Aydnlar həmçinin vurğulayıb ki, araşdırma sonadək aparılacaq və hadisəylə əlaqəsi olan hər kəs cəzalanacaq.