ABŞ-da məktəbdə dəhşətli hadisə: 14 şagird öldü

ABŞ-da məktəbdə dəhşətli hadisə: 14 şagird öldü
DÜNYA
01:08 25.05.2022
897

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.

Bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib. 

Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.

Daha əvvəl atışma zamanı 2 şagirdin həlak olduğu, 13 məktəblinin yaralandığı bildirilirdi. /report


OXŞAR XƏBƏRLƏR