Mingəçevirdə 5,1 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.
Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.
Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, yeraltı təkan Bərdə ilə yanaşı Gəncə, Şəmkir və Şamaxıda da hiss edilib.
