Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi Pajero" ilə "VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb.
Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
20:54
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.