Paytaxtda yaşayış binasında güclü yanğın başlayıb. Gün.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində Bəsti Bağırova küçəsində 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. Mühafizə Xidmətindən bildirilib ki, ilkin tədbirlər nəticəsində yanğının digər evlərə keçməsinin qarşısı alınıb və hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.