SON DƏQİQƏ: İtkin düşən alpinistlərdən birinin meyiti tapıldı

SON DƏQİQƏ: İtkin düşən alpinistlərdən birinin meyiti tapıldı
SOSİAL
19:03 16.05.2018
13503
27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib.
 
Azxeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Hazırda axtarış-təmizləmə işləri davam etdirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR