Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.
Qərara əsasən, 2024-cü il yanvarın 1-dək "idarə" tabeliyində olan bütün "dövlət qurumları" və "təşkilatları" ləğv ediləcək və qondarma Qarabağ qurumu öz fəaliyyətini dayandıracaq.











































