Ukrayna PUA-larla Kremlə hücum etdi - Açıqlama

Ukrayna PUA-larla Kremlə hücum etdi - Açıqlama
SOSİAL
15:50 03.05.2023
316

Ukrayna PUA-larla Kremlə hücum edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-ni məhv edib, itki yoxdur.

Kremldən verilən məlumata görə, bu, 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidentinə sui-qəsd cəhdidir: "Rusiya adekvat cavab vermək hüququna malikdir”.

OXŞAR XƏBƏRLƏR