Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti 4 ünvanında qeydə alınıb.
Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.
Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Təcili yardımın 4 briqadası hadisə yerinə cəlb edilib. Hadisə zamanı qorxu keçirən sakinlərə ambulator yardım göstərilib.