Son dərəcə sərt qış qapıdadır

Son dərəcə sərt qış qapıdadır
DÜNYA
02:53 03.11.2026
8533
Super El Niño və qütb burulğanı eyni qışda təsirli olarsa, hava şəraiti dəyişə bilər. 2026–2027-ci illərin qış mövsümü ilə bağlı uzunmüddətli proqnozlarda Avropanın cənub-şərqi və Türkiyə diqqət mərkəzindədir. Dekabrın sonunda güclənəcəyi gözlənilən El Niño ilə əlaqədar bölgədə soyuq hava dalğalarının və yağıntılı hava sistemlərinin təsirinin arta biləcəyi bildirilir.

Super El Niño təsiri ilə formalaşacağı gözlənilən 2026–2027-ci illərin qış mövsümü son 70 ilin ən güclü atmosfer dəyişikliklərindən birinə səhnə olmağa hazırlaşır.

Severe Weather Europe-un təhlillərinə görə, Sakit okeanda dəniz suyunun temperaturunun sürətlə yüksəlməsi nəticəsində güclənən bu təbiət hadisəsinin dekabrın sonunda pik həddə çatacağı proqnozlaşdırılır.

Qlobal külək axınlarına və atmosfer təzyiqi balansına təsir edən bu proses stratosferdəki qütb burulğanında baş verən pozulmalarla da müşayiət olunur.

Atmosferin yuxarı qatlarında baş verən bu dəyişikliklərin bir neçə həftəlik gecikmə ilə Yer səthində hiss olunaraq genişmiqyaslı soyuq hava dalğalarına səbəb olacağı gözlənilir.

Noyabr ayında, payızdan qışa keçid dövründə qitələr üzrə fərqli hava modelləri ön plana çıxır.

Şimali Amerikanın böyük hissəsində mövsüm normalarından yüksək temperatur qeydə alınarkən, ABŞ-ın cənub-qərbində daha sərin və yağıntılı hava şəraiti hökm sürür.

Avropada isə ayın ilk yarısında şimal-qərbdə yaranacaq güclü yüksək təzyiq sistemi hava axınlarının istiqamətini dəyişərək qitənin ümumi ərazisində temperaturun aşağı düşməsinə səbəb olur.

Bu müddətdə Türkiyənin də yerləşdiyi Cənubi və Cənub-Şərqi Avropa zolağında yağıntılı hava sistemlərinin təsiri artır.

Noyabrın ikinci yarısında atmosfer dövranı El Niño rejiminə daha da yaxınlaşır. Bu zaman Şərqi Avropa üzərindən soyuq hava kütlələri hərəkət edərək qərb bölgələrinə daha mülayim, Cənub-Şərqi Avropaya isə daha aşağı temperatur gətirir.

Super El Niño dekabrda ən yüksək səviyyəyə çatdıqda fırtına dəhlizlərinin cənuba doğru sürüşəcəyi və qış şəraitinin daha da sərtləşəcəyi proqnozlaşdırılır.

Şimali Amerikada ABŞ-ın mərkəzi və cənub bölgələrində daha soyuq, qar ehtimalının yüksək olduğu qış mövsümü gözlənilir. Avropada isə bölgələr arasındakı hava fərqlərinin daha da dərinləşəcəyi bildirilir.

Türkiyənin də daxil olduğu Cənubi və Cənub-Şərqi Avropa bölgəsində Atlantik okeanı və şimal istiqamətindən gələn soyuq hava kütlələri ilə yanaşı, yağıntılı sistemlərin qış boyunca tez-tez təsir göstərəcəyi və mövsümün sərt keçəcəyi ehtimal edilir.
 
///musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
22:07 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
21:55 12.11.2026
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
21:38 12.11.2026
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
21:32 12.11.2026
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
21:24 12.11.2026
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
21:19 12.11.2026
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
21:06 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
21:04 12.11.2026
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
20:44 12.11.2026
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub