"Son günlər 11 nəfər zəng edib, seçki marafonundan geri çəkilməyimi xahiş edib"

"Son günlər 11 nəfər zəng edib, seçki marafonundan geri çəkilməyimi xahiş edib"
SOSİAL
14:30 25.07.2024
149
"Son bir neçə gündə yaxın, uzaq, aşağı, yuxarı 11 nəfər zəng edib, seçki marafonundan geri çəkilməyimi xahiş edir, məsləhət görürlər. Mən müstəqil, bitərəf namizədəm, Vətəndaş Cəmiyyətinin üzvüyəm. Dövlət, dövlətçilik, milli, strateji maraqlar - bütün bunları çox gözəl bilən adamam".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist və QHT sədri Səbuhi Abbasov deyib.
 
O qeyd edib ki, hər zaman dövlətə və dövlətçiliyə bağlı şəxs olub və bu hər zaman belə qalacaq: 

"Siyasi baxışım bəllidir, mən Cənab Prezident İlham Əliyevin siyasi kursunu 2003-cü ildən beynəlxalq və yerli tribunalarda dəstəkləyən, uzun illər Ramiz Mehdiyev və Əli Həsənov tərəfindən bloklanan şəxsəm, səbəbini də hər kəs bilir. Təsəvvür edin, indi birbaşa Ramiz Mehdiyevin adamı olan birisinə görə mənə müəyyən yerlərdən zəng gəlir, məsləhətlər verilir, bəzən şantajlar edilir. Hələ ki, ictimailəşdirmirəm, amma gərəkirsə bunu da edəcəm.

O qeyd edib ki, namizədliyini geri götürmək niyyətində deyil: 

"Bütün bunları məcbur olub yazmaqda bir məqsədim var: Mənim nəfəs yerim dünyanın ən gözəl şəhəri Mingəçevir, ümid yerim isə mingəçevirlilərdir. Namizədliyimi geri götürməyimlə bağlı vaxtınızı ayırıb, enerjinizi tükətməyin. Mingəçevirliləri heç bir qüvvə Ali Baş Komandandan incik sala bilməz".

Səbuhi Abbasovun həmin statusunu təqdim edirik:


OXŞAR XƏBƏRLƏR