Son həftədə Gürcüstanda koronavirusa 745 nəfər yoluxub, 8 nəfər ölüb

Son həftədə Gürcüstanda koronavirusa 745 nəfər yoluxub, 8 nəfər ölüb
DÜNYA
19:10 10.05.2022
301
Gürcüstanda son həftə ərzində koronavirusa 745 yeni yoluxma halı qeydə alınıb, 8 nəfər vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Mayın 3-dən 10-dək daha 984 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 655 966 nəfər yoluxub. Onların 1 638 277-si sağalıb, 16 819-u isə ölüb.
OXŞAR XƏBƏRLƏR