Son iki həftədə 777 fələstinli həyatını itirdi

DÜNYA
16:28 29.10.2024
146
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda son iki həftədə 777 fələstinli həyatını itirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Verilən açıqlamada 777 fələstinlinin həyatını itirdiyi, 2210 nəfərin yaralandığı bildirilib. 

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 4 qırğında 41 nəfərin öldüyü, 113 nəfərin yaralandığı bildirilib.
 
Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 43 min 61-ə, yaralıların sayı isə 101 min 223-ə yüksəlib.

Açıqlamada həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR