“Son illər doğuşda ciddi azalma müşahidə olunur” - Hadı Rəcəbli

“Son illər doğuşda ciddi azalma müşahidə olunur” - Hadı Rəcəbli
SOSİAL
17:50 14.11.2018
9852
Ölkədə təbii artım ilbəil çoxalsa da, demoqrafik tənzimləmə baxımından son illər doğuşda ciddi azalma müşahidə olunur.

AZXEBER.COM report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, əgər 2011-ci ildə 176 min 72 uşaq dünyaya gəlmişdisə, 2017-ci ildə bu rəqəm 144 min 41 olub:

"Bu ilin 9 ayının göstəricisi də xoşagələn deyil. Burada 103 min rəqəmi bizi düşündürür".
OXŞAR XƏBƏRLƏR