Son sutkada koronavirusa yoluxanların sayı 3500-ü ötdü

Son sutkada koronavirusa yoluxanların sayı 3500-ü ötdü
SOSİAL
19:27 28.01.2022
315
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib. 17 204 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, bu günə qədər isə ümumilikdə 6 119 861 test icra olunub.
OXŞAR XƏBƏRLƏR