"Son sözü o oldu ki..." - Xoşbəxt Yusifzadənin qızı

"Son sözü o oldu ki..." - Xoşbəxt Yusifzadənin qızı
SOSİAL
12:50 04.10.2023
1048
"Atamın son sözü o oldu ki, yaxşıyam, məndən narahat olmayın”. 

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında qızı Eltac Yusifzadə deyib.

Eltac Yusifzadə atası ilə bağlı xatirələrini bölüşüb: 

"Son vaxtlar tez-tez danışırdıq. Daha yaxın olmağa başlamışdıq. Son sözü heç vaxt yadımdan çıxmaz.
Hər şeyin yaxşı olduğunu dedi. Nümunəvi ata idi. Həmişə deyirdi ki, yaxşı oxuyun, yaxşı insan olun”. 

Qeyd edək ki, Xoşbəxt Yusifzadə dünən 93 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR