SON XƏBƏR! Tərtər cəbhəsində döyüşlər şiddətləndi

SON XƏBƏR! Tərtər cəbhəsində döyüşlər şiddətləndi
Siyasət
16:22 29.09.2020
4164

Hazırda cəbhə bölgəsinə ezam olunmuş müxbirlərimizin verdiyi son xəbərə görə, Tərtər istiqamətində döyüşlər yenidən şiddətlənib.

Musavat.com-un əməkdaşlarının məlumatına görə, bir-iki saatlıq nisbi sakitlikdən sonra atışmalar güclənib.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Hazırda düşmən tərəfi cavab atəşi ilə susdurulur.

OXŞAR XƏBƏRLƏR