Son zamanlar cəmiyyətdə intihar və cinayət hadisələrinin artması ilə bağlı müüzakirələr gedir.
Cəmiyyətdə qətl hadisələrinin hətta intihar hallarının da törədilməsi əksər hallarda affekt vəziyyətdə baş verir.
Affekt halı nədir?
Affekt halı tibbi anlamda qısa zamanda emosional - psixoloji partlayış deməkdir. İnsan bir anlıq dərin yuxuya gedir. Vəziyyətdən çıxdıqdan sonra isə nə baş verdiyi anlamır. Hətta bir müddət yaddaşında problemlər yaranır. Ani nələrisə xatırlasa da ümumi baş verənləri unudur. Hadisəni törədən şəxs bu zaman nə anlayır, nə də başa düşür.
Bəs buna səbəb olaraq məsələnin kökündə nə dayanır? Niyə insanlar bu hallarda zorakılığa cəhd edib, cinayət törədir?
Sosioloq Əhməd Qəşəmoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu gün cəmiyyətdə affekt halda baş verən zorakılığın yaranmasının kökündə güclü emosional stress dayanır:
"Əhalinin sosial-iqtisadi vəziyyətinə təsir edən amillər, stressli həyat tərzi, gənclərin düzgün maarifləndirilməməsi insanların psixoloji durumuna ciddi təsir edir. Bu kimi hallar maddi vəziyyətin aşağı, psixi və fiziki sağlamlığı qaydasında olmayan şəxslərlə yanaşı cəmiyyətin digər nümayəndələrini də uçuruma aparır. Nəticədə küçədə, məişətdə eləcə də ailə-məişət zəminində cinayət hadisələri çoxalır. Acınacaqlısı isə bundadır ki, bu kimi hallar ilbəil daha da artır”.
Sosioloq qeyd edib ki, bu kimi qətl hadisələrinin törədilməsi gələcəkdə daha da artacaq: "Bu cür vəziyyətlərin qismən də olsa azaldılması üçün məktəblərdə ədəbiyyat dərslərinə xüsusi önəm verilməli, televiziyalardan mənasız, cəmiyyətin psixologiyasını korlayan proqramlar yığışdırılmalıdır. Əhalinin sosial-iqtisadi vəziyyəti, stressli həyat tərzi, gənclərin düzgün maarifləndirilməməsi insanların psixoloji durumuna ciddi təsir edir.
Bu kimi hallar maddi vəziyyəti aşağı, psixi və fiziki sağlamlığı qaydasında olmayan şəxslərlə yanaşı cəmiyyətin digər nümayəndələrini də uçuruma aparır. Nəticədə küçədə, məişətdə eləcə də ailə-məişət zəminində cinayət hadisələri çoxalır. Bu kimi halların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirmə işlərinə daha çox yer verilməlidir”.
Nərmin Məmmədli
Nərmin Məmmədli