“Soruşdum, oğlum sağdırmı?” - Ermənistanda əsir olan əsgərlərin valideynləri danışdılar

“Soruşdum, oğlum sağdırmı?” - Ermənistanda əsir olan əsgərlərin valideynləri danışdılar
SOSİAL
16:08 19.04.2023
212
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri İrəvanda saxlanılan Azərbaycan əsgərlərinə baş çəkiblər. BQXK-nın məlumatına görə, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qırmızı Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

AZXEBER.COM xəbər verir ki, əsir hərbçilərin ailələri onların durumu haqqında verilən məlumatları oxu.az-la bölüşüblər. Valideynlər övladları ilə görüntülü danışmaq istədiklərini bildiriblər.

Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova BQXK-nın görüşlə əlaqədar onlara da məlumat verdiyini bildirib:

"Dedilər, övladlarımızla görüşüb, danışıblar. Məktub yazıblar, amma telefonla səsli, görüntülü danışmağa şərait yaradılmır. Mən soruşdum, oğlum sağdırmı? Dedilər, hər şey yaxşıdır. Amma gözümlə görmədən, səsini eşitmədən necə inanım? Biz məktub yazmadıq ki, övladlarımızın səsini eşitmək istəyirik, görmək istəyirik. Amma hələ də mümkün olmayıb”.

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova isə məktubun onlara hələ çatdırılmadığını deyib:
"Məktub varsa belə, inanmıram. Bilmirəm, yazdıqlarını hansı şəraitdə yazıb. Biz tələb edirik ki, övladımızla görüntülü danışaq, üzünü görək, səsini eşidək. Mənə deyirlər, oğlun yaxşıdır, mən nə bilim, bəlkə, yalan deyirlər?! Belə olmamalıdır. Övladlarımızı göstərsinlər”.
Hər iki valideyn övladlarının taleyi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət etdiyini söyləyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Erməni "Telegram” kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Hüseyn Axundovun Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu