Sosial elmlərin tədrisi ilə bağlı hansı problemlər mövcuddur? - SORĞUNUN NƏTİCƏSİ
MARAQLI
19:44 14.11.2011
1905
Fəlsəfə Akademiyası və Olanlar.az xəbər portalının keçirdiyi birgə sorğunun nəticələri hesablandı. AZXEBER.COM-un məlumatına görə, sorğunun keçirilməsində əsas məqsəd Azərbaycanda sosial elmlərin inkişaf səviyyəsi və dinamikası, mövcud problemləri və inkişafı ləngidən amillər, sosial elmlərin tədris səviyyəsi haqqınada bu sahənin gənc mütəxəsislərinin rəyinin öyrənilməsindən ibarətdir. Layihənin həyata keçirilməsinə Fəlsəfə Akademiyasının Sosiologiya Mərkəzinin əməkdaşları Babur Hüseynov və Aysel Lazımbəyli rəhbərlik etmişlər. Layihəyə dəstək göstərən Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin tələbələri - Vüsal Qasımova, Kərimov Nicata, Məmmədov Əfqana, Nəsibli Azərə, Məmmədzadə Gülsümə, Qafarova Laləyə, Əlizadə Tamillaya, Abdullazadə Səadətə Muradova Sərvinaza və Bayramlı Pəriyə Fəlsəfə Akademiyası və Olanlar.az xəbər portalı dından xüsusi təşəkkür edirik. Layihədə aktiv iştirak edən gənc mütəxəsislər Fəlsəfə Akademiyası tərəfindən təltif olunacaqdır.
Fəlsəfə Akademiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Tural İsmayılovun Olanlar.az xəbər portalına verdiyi açıqlamaya görə, sorğu 300 nəfər arasında keçirilmişdir və daha çox aşağıdakı suallar diqqəti cəlb etmişdir:
İstənilən cəmiyyətin hərtərəfli, kompleks inkişafı üçün ilk növbədə nə tələb olunur? – sualına cavabda belədir:
Dövlətin məqsədyönlü və planlı siyasəti; (16.6%) İqtisadi resursların zənginliyi və əhalinin həyat səviyyəsinin yüksək olması; (3.3%) Elmin və təhslin inkişaf səviyyəsi; (21.1%) Cəmiyyətin özünün inkişafa olan daxili motivasiyası (meyli, istəyi); (16.6%) Güclü ideologiya; (6.6%) Sadalananlardan hər biri; (35%)
Azərbaycanda sosial elmlər hansı səviyyədə inkişaf edib?
Çox yüksək səviyyədə; (2%) Yüksək səviyyədə; (6.6%) Orta; (47.6%) Zəif səviyyədə; (31.6%) Çox zəif səviyyədə. (12%)
Bəzi mütəxəsislərin fikrincə Azərbaycanda sosial elmlər digər elmlərə nisbətən zəif inkişaf etmişdir. Sizcə bunun əsas səbəbləri hansılardır?
Bu elm sahələri ölkəmizdə hələ yenidir və tarixi kökləri yoxdur; (27.8%) Sovetlər Birliyi dövründən qalmış streotiplər (bu elmlər haqda ümumi baxışlar, formalaşmış fikirlər) sosial elm sahəsinin inkişafına mane olur; (13.6%) Cəmiyyətimizin özündə bu elmlərə maraq aşağıdır; (21.6%) Maddi-texniki baza (universitetlər, kitablar, ixtisaslı kadrlar ,bu sahədə ixtisaslaşmış təşkilatlar və s.) aşağı səviyyədədir; (28.8%) Məncə, bu elmlərin inkişafı kifayət qədər normal səviyyədədir, burada ciddi problemlər yoxdur və hər şeyin daha yaxşı olması gözləniləndir; (7%)
Sosial elmlər və Psixologiya fakültəsində təhsil aldığınıza üçün peşmansınızmı? – sualını isə gənc mütəxəsislər aşağıdakı kimi cavablandırmışlar:
Bəli, çox peşmanam. Bu sahə üzrə ixtisas seçməsəydim daha yaxşı olardı. (9%) Dəqiq deyə bilmərəm, özüm də hansı sahədə daha uğurlu olacağımı müəyyən etməkdə çətinlik çəkirəm. (29.6%) Xeyr, heç də peşman deyiləm, mən bu fakültədə təhsil aldığım üçün özümü şanslı hesab edirəm. (61.3%)
Sosial elmlər və psixologiya fakültəsində təhsilin səviyyəsindən və onun tədrisi metodikasından razısınızmı?
Bəli, tamamilə razıyam; (10%) Razıyam; (18.3%) Orta: nə tam razıyam, nə də narazı; (48%) Razı deyiləm; (12%) Qətiyyən razı deyiləm, çünki təhsilin səviyyəsi çox aşağıdır. (11.6%)
Sizin fikrinizcə, sosial elmlərin tədrisi ilə bağlı hansı problemlər mövcuddur?
Bu elmləri tədris edən ixtisaslı kadrlar azdır; (18.5%) Tədrisin metodikası aşağı səviyyədədir; (17%) İxtisasımıza uyğun müasir kitablar yoxdur və kitabxanada bizim ixitsasa aid kitabları əldə etmək çox vaxt mümkün olmur; (31.8%) Universitetdə internet resurslarından istifadə etmək qeyri-mümkündür; (9.8%) Maddi-texniki bazanın aşağı səviyyədə olması; (7.3%) Tələbələrin dərsə olduqca soyuq yanaşması və daxili motivasiyalarının (həvəs, istək və s.) olmaması; (%15.4)
Sosial Elmlər və psixologiya fakültəsinin tədris prosesi ilə bağlı hansı yeniliklərin edilməsini istərdiniz? Tədris metodikasının təkmilləşdirilməsi və müasirləşdirilməsi; (15.8%) Bu sahədə xarici ölkələrdən və ölkə daxilindən ixtisaslı kadrların universitetə dəvət edilməsi və onların mühazirələrinin təşkil olunması; (15.8%) Dünyada geniş yayılmış klassik və müasir elmi kitabların tərcümə edilməsi və müasir tipli kitabxanaların yaradılması; (17.7%) İnternet resurslarından geniş istifadə edilməsinin təşkili; (9.5%) Maddi-texniki bazanın (müxtəlif video slaydları göstərmək üçün xüsusi avadanlıqların alınması, daha geniş imkanlara malikauditoriyaların yaradılması və s.) yaxşılaşdırılması; (11.3%) Sosial aktivliyin artırılması (müxtəlif sosial layihələrin hazırlanması, konfransların təşkili, forumlar, turlar, diskuslar və s.); (14.4%) Tələbələrin stimullaşdırılması (tələbələri oxumağa həvəsləndirmək üçün xüsusi təqaüdlərin ayrılması, onların xarici ölkələrdə təhsil alması üçün imkanların yaradılması və s.); (15.5%)
Cəmiyyətimizdə belə bir fikir formalaşmışdır: “Psixoloq yanına gedənlər ruhi xəstə, psixoloqlar isə ruhi xəstələri müalicə edən və ancaq psixoloji dispanserlərdə işləyən həkimlərdir.” Hörmətli psixoloqlar və fakültənin digər tələbələri, sizcə bu fikrin cəmiyyətimizdə yaranma səbəbləri hansılardır?
Məlumatsızlıq və savadsızlıq; (36%) Sovetlər Birliyi zamanından qalmış yanlış streotiplər (ümumi baxışlar, formalaşmış ümumi təsəvvürlər); (6.6%) Hal-hazırda fəaliyyət göstərən psixoloqların savadsızlığı və psixologiyanı düzgün təqdim etməmələri; (7.2%) İnsanlar tərəfindən hələ də, “psixiatr” və “psixoloq” peşələrinin düzgün fərqləndirilməməsi (36%) Sadalanan bütün səbəblər düzgündür; (14%)
Lakin son zamanlar belə bir tendesiyanın da şahidi oluruq: psixoloqlara müraciət edənlərin və psixologiya elminə maraq göstərənlərin sayı artır. Sizcə bunun başlıca səbəbi nədir?
Cəmiyyətdə psixi cəhətdən problemli insanların (stresə məruz qalanların, depressiyaya düşənlərin) sayı artır və bu səbəbdən də, psixoloqlara müraciətlər artır; (33.5%) Bu tendensiya səbəb cəmiyyətimizin inkişaf etməsidir və nümunə götürdüyü Qərb cəmiyyətində olduğu kimi, bizim cəmiyyətdə də insanlar psixoloqlara müracitə etməyə başlayırlar; (35.3%) Hal-hazırki psixoloqlar olduqca ciddi səy göstərirlər və bacardıqları qədər psixologiya elminin inkişaf etməsinə, populyarlaşmasına çalışırlar; (7.2%) KİV (Kütləvi İnformasiya Vasitələri) təbliğatı bu sahənin inkişafına səbəb olur; (11.5%) Sadalanan bütün səbəblər eyni dərəcədə təsir edir; (12.2%)
Son zamanlar gənclərimizdə depresiya hallarının artmasının şahidi oluruq. Sizcə, bu depresiyaları və bədbin əhval-ruhiyyəni yaradan əsas səbəblər nələrdir?
Əsas səbəb kimi ümumilikdə cəmiyyətimizin özündə neqativ halların baş verməsi və kifayət qədər ciddi problemlərin olması; (16.5%) Ailədaxili konfliktlər; (13.3%) Maddi çətinliklər və həyat səviyyəsinin aşağı olması; (20%) Şəxsi problemlərin həll edilməməsi (sevgidə uğursuzluq,dost-tanışla yaranmış konfliktlər və s.); (18.5%) Psixoloji amillər (ünsiyyət çətinlikləri, özünəqapalılıq, psixi nevrozlar və s); (19.4%) Öz tutduğu sosial statusdan (oxuduğu ixtisasdan, cəmiyyətdə tutduğu mövqeyindən, mənsub olduğu dini, etnik qrupdan və s.) narazılıq; (12.1%)
Fəlsəfə bir dünyagörüşdür və hər birimiz bir şəxsi həyat fəlsəfəsinə malikik ki, bu da bir növ bizim yaşam tərzimizi müəyyənləşdirir. Bu fəlsəfəni biz ya kitablardan əxz edirik, ya da özümüz üçün bir baxış sistemi yaradaraq adını “fəlsəfə” qoyuruq. Sizin fikrinizcə, fəlsəfə bizə nə dərəcədə lazımdır?
Sivilizasiyanın hazırki inkişafı fəlsəfənin xidmətidir, fəlsəfəsiz həyatı təsəvvür belə etmək olmaz; (19%) Fəlsəfə bizə lazımdır və hər bir insan az da olsa fəlsəfi təfəkkürə malik olmalıdır; (%65) Bəlkə də, fəlsəfə kiməsə lazımdır, amma mənə lazım deyil; (9%) Fəlsəfə bizə lazım deyil,onunla ancaq filosoflar məşğul olmalıdır; (%4) Fəlsəfə ümumiyyətlə heç kimə lazım deyildir, çünki o faydasız bir elmdir. (3%)
Nəhayət, gələcəkdə ölkəmizdə sosial elmlərin inkişafına hansı ümidlərnən baxırsınız? – sualını isə, belə cavablandırdılar:
Mən ümid edirəm ki, hər şey bundan daha gözəl olacaq və sosial elmlər digər inkişaf etmiş ölkələrdəki kimi yüksək inkişaf səviyyəsinə çatacaqdır; (68.6%) Mən düşünürəm ki, bu sahədə artıq əsas işlər görülmüşdür və inkişaf gözlənilmir; (7.3%) Qəti bir fikir söyləyə bilmərəm. (24%)