“Sosial layihələr” müsabiqəsi çərçivəsində uşaqlar üçün yeni portal yaradılacaq

MƏDƏNİYYƏT
16:15 30.01.2020
5049
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi  "Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib olmuş "Çərpələng uşaq proqramı” layihəsinin icrasına başlanılıb.

Qüdrət Əliyev tərəfindən müsabiqəyə təqdim edilən  layihə çərçivəsində uşaqlar üçün yeni yaradılan 20 nağıldan ibarət mobil tətbiq  yaradılacaq. Azərbaycan və dünya ədəbiyyatından seçilən nağıllar əsasında hazırlanacaq mobil tətbiqdə əlavə olaraq oyunlar da yerləşdiriləcək.

Proqram valideynlərin nəzarəti ilə idarə olunacaq və onlar övladlarının yaşına uyğun bölmələri tənzimləyə, eyni zamanda proqramdan nə dərəcədə səmərəli istifadə etmələrini izləyə biləcəklər.

Sözügedən portal uşaqların sosial inkişafına və dünyagörüşünün formalaşmasına, həmçinin yeni texnologiyalardan daha faydalı istifadəsinə imkan yaradacaq.

Xatırladaq ki, "Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə həyata keçirilir. 

OXŞAR XƏBƏRLƏR