Sosial media fenomeni plastik əməliyyatdan sonra vəfat etdi - FOTOLAR

Sosial media fenomeni plastik əməliyyatdan sonra vəfat etdi - FOTOLAR
DÜNYA
17:52 10.07.2025
416
Braziliyanın San-Paulu şəhərində yaşayan sosial media fenomeni Natalia Kavanellas Tomazella plastik əməliyyat zamanı dünyasını dəyişib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı Tomazella liposaksiya, omba dolğusu və sinə implantının yenilənməsi prosedurları zamanı infarkt keçirib.
 
Ölüm səbəbinin ağciyər emboliyası olduğu güman edilir. Bu vəziyyət tibbi ədəbiyyatda nadir olsa da, ciddi bir ağırlaşma kimi təsvir edilmişdir. Ölümün dəqiq səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək. Ölümün dəqiq səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək. Polis ölümü şübhəli adlandırıb.

Ailəsi Natalyanın səhhətində problem olmadığını və əvvəlki plastik əməliyyatlarda heç bir problem olmadığını bildirdi.

Gülay

 

 

 

OXŞAR XƏBƏRLƏR