Sosial mediada ən çox izləyicisi olan aparıcılar onlar oldu - SİYAHI

Sosial mediada ən çox izləyicisi olan aparıcılar onlar oldu - SİYAHI
MAQAZİN
15:00 03.09.2025
228
Sosial mediada izləyici sayının çoxluğuna görə müğənnilərlə yanaşı aparıcılar da bir-biri ilə yarışır.
 
Müğənnilərdən bu siyahıya liderliyi 3.4 milyon izləyici sayı ilə Şəbnəm Tovuzlu edir.
 
AZXEBER.COM bu dəfə sosial mediada ən çox izləyicisi olan aparıcıların siyahısını hazırlayıb.
 
İzləyici sayına görə bu siyahıya liderliyi Zaur və Günay Baxşəliyevlər edir. Onları "instagram"da 3 milyon 400 min insan izləyir.
 
Vüsalə Əlizadə isə ilk üçlükdə ikinci pillənin sahibidir. Onun izləyici sayı 2 milyon 300 min nəfərdir.
 
İlk üçlüyün son pilləsində isə 1 milyon 500 min izləyici sayı ilə aparıcı Zaur Kamal qərarlaşıb.
 
Siyahıda Tarix Əliyev 1 milyon 400 min izləyici ilə dördüncü, Xoşqədəm Hidayətqızı 1 milyon 300 min izləyici ilə beşincidir.
 
Bir milyon izləyiciyə çatmış aparıcılardan bir digəri də Zümrüd Bədəlovadır. Onu "instagram"da 1 milyon insan izləyir.
 
Bununla belə Lalə Azərtaş 948 min, Nanə Ağamalıyeva 854 min, Aytəkin Mərdanova 624 min, Elgiz Əkbər 276 min , Mətanət Əliverdiyeva isə 129 min izləyiciyə sahibdir.
 
Aysel Hacızadə


OXŞAR XƏBƏRLƏR