Sosial mediada yazışdığı qız əkiz bacısı çıxdı

Sosial mediada yazışdığı qız əkiz bacısı çıxdı
DÜNYA
21:48 16.01.2020
5925
İndoneziyada özünə bənzəyən birinə mesaj yollayan qız onun əkizi olduğunu öyrənib.
 
Cənubi Sulavesinin Qoşa qəsəbəsində yaşayan 16 yaşlı Nabila Az-Zəhraya "Instagram”dan mesaj gəlib.

Nadya Elvira adlı həmyaşıdı ona "səncə, bir-birimizə çox oxşamırıq?” mesajı yazıb.

Görüntülü olaraq danışan qızlar bir-birini görəndə şoka düşüblər.

Onlar söhbət zamanı keçmişlərinin 90 faizinin bir-birinə bənzədiyini anlayıblar.

Bu hadisəni ailəsinə danışan Nabila Az-Zəhra valideynlərinin onu övladlığa götürdüklərini öyrənib.

Məlum olub ki, Zəhranın əsl valideynləri maddi vəziyyətləri çətin olduğu üçün qızlarını 16 il əvvəl övladlığa veriblər.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR