Sosial mənzil şəhərciyində güzəşt hüququ olmayanlar da mənzil ala biləcək

Sosial mənzil şəhərciyində güzəşt hüququ olmayanlar da mənzil ala biləcək
SOSİAL
13:54 12.07.2017
789
"Son günlər "MİDA" MMC tərəfindən 3 yaşayış binasının tikintisinə inşaat şirkətinin cəlb edilməsi ilə bağlı suallar verilir. Qeyd edim ki, bununla sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq. Belə ki, "MİDA" MMC 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb. İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq".
 
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bununla belə, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Nəticədə, şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək:

"Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, "MİDA" həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu, birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdursa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə, o zaman sözügedən 2 binadakı mənzillərlə bağlı müraciət etmək hüququ olacaq".

Ekspert qeyd edib ki, eyni zamanda 60 mənzillik 12 mərtəbəli binanın pulsuz olaraq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'