Sosial mənzillərin satışına hazırlıq işləri müzakirə edilib

Sosial mənzillərin satışına hazırlıq işləri müzakirə edilib
SOSİAL
16:08 30.01.2017
757

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, agentlikdən verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, "MİDA" MMC-nin direktorunun ötən müddət ərzində Cəmiyyət tərəfindən görülən işlər barədə hesabatı dinlənilib. Hesabat, əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirləri, inşa olunacaq mənzillərin ölkə başçısının 16.11.2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "MİDA" MMC-nin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq satışına hazırlıq işlərini və bir sıra digər təşkilati məsələləri əhatə edib.

Tədbir çərçivəsində, həmçinin, "MİDA" MMC-nin 2017-ci ildə perspektiv inkişafının əsas istiqamətləri Müşahidə Şurası tərəfindən təsdiq olunaraq, bununla bağlı fəaliyyət planının hazırlanması və icrasının təşkili üzrə Cəmiyyətə tapşırıqlar verilib. Qarşıya qoyulan əsas vəzifələr arasında cari ilin 1 may tarixində istifadəyə veriləcək "Güzəştli mənzil" elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, qeydiyyat prosesi, tələb olunan sənədlər və ödəniş şərtləri ilə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulaıb, bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, müraciət edən vətəndaşların məmnunluğu səviyyəsinin "MİDA" MMC-nin işinin əsas keyfiyyət göstəricilərindən biri olduğu vurğulanıb, vətəndaşlara göstəriləcək xidmətlərin müvafiq standartlara uyğun şəkildə təşkili ilə bağlı da məsələlərə toxunulub.

Müşahidə Şurası tərəfindən, həmçinin, Daxili audit şöbəsinin işinin təşkili ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, habelə MMC-nin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq təşkilatın seçilməsi ilə bağlı keçirilmiş kotirovka sorğusunun nəticələri dəyərləndirilərək, "PraysvoterhausKupers Audit Azərbaycan" şirkəti "MİDA"nın kənar auditoru qismində təyin edilib.

///Trend
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır