Sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edildi

Sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edildi
SOSİAL
23:45 29.01.2021
617
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri arasında "Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edir.
 
AZXEBER.COM müsabiqənin şərtlərini təqdim edir:
 
Müsabiqədə saxta profillər istisna olmaqla, bütün "Facebook” istifadəçiləri iştirak edə bilərlər.

Hər istifadəçi müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər.

Hekayələr Azərbaycan dilində, maksimum 1000 işarədən ibarət olmalı və daha əvvəl heç yerdə dərc edilməməlidir.
 
Qaydalar:
 
İstifadəçilər hekayələrini və özləri barədə məlumatı Monitorinq Mərkəzinin "Facebook” səhifəsinə Word formatında (Times New Roman şrifti, 12 ölçü) məktub şəklində göndərməlidirlər.

Münsiflər tərəfindən seçilmiş hekayələr Monitorinq Mərkəzinin "Facebook” səhifəsində paylaşılacaqdır.

İştirakçılar Monitorinq Mərkəzinin "Facebook” səhifəsində təqdim olunmuş hekayəni şəxsi hesablarında paylaşmalıdırlar.

Müəyyən edilmiş tarixə qədər ən çox "like” (bəyənmə) toplayan 3 müəllif qalib elan ediləcəkdir.
 
Müsabiqənin əsas mükafatları:
 
1-ci yer - 500 man.
2-ci yer - 300 man.
3-cü yer - 200 man. 

Həvəsləndirici mükafatlar (fəxri diplom və kitablar):
4-cü yer
5-ci yer
6-cı yer
7-ci yer
8-ci yer
9-cu yer
10-cu yer
 
Hekayələr 02.02.2021- 28.02.2021 tarixinlərində qəbul edilir. İlk mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş hekayələr 01.03.2021 tarixindən etibarən Monitorinq Mərkəzinin "Facebook” səhifəsinə yerləşdiriləcəkdir. 

Final nəticələri 20.03.21 tarixibdə - Novruz Bayramında elan olunacaqdır.
OXŞAR XƏBƏRLƏR