"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"
SOSİAL
11:31 14.07.2020
694
"Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu . Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı. İlk növbədə müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etdi. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və elə ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, indi isə Ermənistan informasiya təxribatı etməklə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə olan ictimai həmrəyliyi pozmağa cəhd gösərir: "Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürür. Bu düşmənin informasiya təxribatıdır. Əsla və əsla bu təxribata inanmaq, onu ciddiyə almaq olmaz. Əslində itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur. Sosial media iştirakçıları çoxsaylı erməni hərbiçilərinin şanlı ordumuz tərəfindən öldürülməsilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da işğalçı ölkənin rəsmi qrumları hələ də bunu etiraf etmək istəmirlər. Ancaq operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qrumlarının yaydığı videogörüntülərdən də aydın olur ki , düşmən canlı qüvvə baxımından da çoxsaylı itiki verib".

H.Babaoğlu vurğulayıb ki, hazırda Erməni tərəfi bu görüntülərin işğalçı ölkədə də izlənildiyini bilir və bunu ört-basdır etmək üçün kimi vəziyyəti bir növ balanslaşdırmaq istəyir: "Ona görə də bizim sosial məkanımıza yalan informasiyalar ötürməklə öz etdiyini, yəni itkiləri gizlətdiyini guya Azərbaycan edirmiş kimi bir rəy formalaşdırmağa çalışır. Bu reallığı əks etdirmir və sosial şəbəkə istifadəçilərimizin heç biri düşmənin bu informasiya təxribatı tələsinə düşməməlidir. Erməni təxribatı başlayandan bəri Müdafiə Nazirliyinin müvafiq qurumları heç bir halda hadisəylə bağlı informasiya qıtlığının yaranmasına yol vermədilər və real informasiyanı Azərbaycan mediası və ictimaiyyətiylə bölüşdülər. Biz buna inanmalıyıq və əsla düşmən təxribatının media məkanımızı və nəticə etibarilə ictimai rəyimizi manipuliyasiya etməsinə izin verməməliyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb
21:47 15.03.2026
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb