Sosial şəbəkədə hüquqları pozulan şəxs nə etməlidir?

Sosial şəbəkədə hüquqları pozulan şəxs nə etməlidir?
SOSİAL
13:51 02.07.2019
7217
Məlumdur ki, sosial şəbəkələrdən istifadə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində geniş yayılıb. Hər kəs internetdən öz məqsədləri üçün istifadə edir. Lakin təəssüflər olsun ki, bu şəbəkədən şantaj, hədə-qorxu və digər cinayət əməlini həyata keçirmək üçün istifadə edənlər də var. Kimliyi bilinməyən saxta profillə insanların şəxsi məlumatları, fotoşəkilləri yayılır. Azərbaycanda da dəfələrlə bu kimi hallara rast gəlinib. Bəs, bu halda nüfuzu tapdalanmış, böhtana məruz qalmış şəxs nə etməlidir? Hansı hüquqi addımlar atıla bilər?
 
Məsələ ilə bağlı AZXEBER.COM-un  suallarını vəkil Roman Qaraşov cavablandırıb.
 
Vəkil qeyd edib ki, Azərbaycan qanunlarına əsasən internetdən istifadə tamamilə azaddır və istifadəçilər istədikləri saytlara daxil ola və onları maraqlandıran mövzularda informasiyanı ala bilər, başqa bir tərəfdən də istədikləri xəbərləri, məlumatları, materialları internetdə yerləşdirib, yaya bilərlər. R. Qaraşov qeyd edib ki, məhz bu azadlıq sui-istifadə hallarına müəyyən mənada imkan yaradır. Vəkil təəssüflə bildirib ki, sosial şəbəkələr, internet resurslarından istifadə etməklə, insanların bir-birini təhqir etməsi, şər-böhtan dolu informasiyalar yayması adi hala çevrilib:
 
"Tövsiyyə edirəm ki, hər bir internet istifadəçisi dövlət və ictimai maraqlara zidd addım atmaqdan çəkinməli və dövlətimizin ali maraqlarını üstün tutan fikirlərlə çıxış etməlidir. Müşahidəmə əsasən, deyə bilərəm ki, Azərbaycanda böhtana əsasən tanınmış insanlar məruz qalır. Bir çox hallarda, internet mediasına açıqlama verən tanınmış şəxslər qarşı tərəflə bağlı nalayiq, təhqiramiz fikirlər söyləyir, böhtan xarakterli məlumatlar yayırlar. Bu fikirlərə əlavə olunan şərhlər isə mövcud problemi daha da qəlizləşdirir. İctimaiyyətin, eləcə də dövlətimizin ciddi narahatlıqla qarşıladığı bu məsələ qanun çərçivəsində öz həllini tapmaqdadır. Məsələn, Cinayət Məcəlləsinə əsasən, böhtan xarakterli məlumat yayan şəxs iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni qanunvericiliklə bu cür əməllərin sərt şəkildə cəzalandırılması imkanları mövcuddur”.
 
Bu gün internet mediasının yazılı mətbuata nisbətən daha geniş yayıldığını diqqətə çatdıran vəkil, insanların öz fikirlərini, böhtan atanların isə öz böhtanlarını məhz internet şəbəkədə yaymağa üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, təhqirə, böhtana məruz qalan şəxs mütləq məhkəməyə müraciət etməlidir.
 
"Təəssüflər olsun ki, internetdə bir məsuliyyətsizlik mühiti hökm sürür. İnternet azadlığından istifadə edib, qarşılıqlı təhqir yolverilməzdir. Hər hansı bir şəxs hüququnun pozulduğunu zənn edirsə, əlində olan sübutlarla qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət etməli, hüquqlarının müdafiəsində israrlı olmalıdır. Bu, təhqirlə, böhtanla bağlı ən effektiv üsuldur. Hətta mülki qaydada müəyyən məbləğdə pul kompensasiyasının ödəniləsinə də nail ola bilər. Lakin göstərilən cəza tədbirləri ilə yanaşı əgər yayılmış informasiya hər hansı xəbər portalında yayımlanıbsa, Azərbaycan Mətbuat Şurasına da bununla bağlı müraciət edilə bilər. Mətbuat Şurası hüquq mühafizə orqanı olmasa da, reket saytlar, saxta və qərəzli məlumat dərc edən mətbuat orqanlarının mütəmadi olaraq siyahılarını tərtib edir. Bu zaman nüfuzuna, jurnalist peşəsinə sadiq olan şəxs istəməz ki, onun əməkdaşlıq etdiyi xəbər saytı hər hansı mənfi rəy formalaşmış xəbər portallarının sırasında olsun” – deyə, vəkil qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər