Sosial şəbəkədə narkotik vasitə istifadəsi ilə bağlı görüntülər yayıldı: DİN hərəkətə keçdi - VİDEO

Sosial şəbəkədə narkotik vasitə istifadəsi ilə bağlı görüntülər yayıldı: DİN hərəkətə keçdi - VİDEO
SOSİAL
14:03 07.07.2021
547
Son günlər sosial şəbəkələrdə narkotik vasitə istifadəçilərinin eləcə də narkotik vasitələrin satışı ilə məşğul olan səhifələrlə bağlı məlumatlar tirajlanır.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, mövcud vəziyyət cəmiyyətdə ciddi narahatlıqlara səbəb olub.

Sosial şəbəkədə yayılan daha bir videoda iki nəfər şəxsin yaşayış binasının blokunda narkotik vasitə qəbul etdiyi görülür. Bina sakinləri isə mövcud vəziyyətdən narahat olduqları üçün vəziyyətə müdaxilə etməkdən də qorxurlar.

Belə ki, psixatrop maddələrin təsiri altında olan şəxslərin onlara bildirilən irada nə cür reaksiya verəcəklərini təxmin etmək çətin olsa da, riskli olduğu dəqiqdir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə qeyd edilən videolarla bağlı daim Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən monitorinqlər aparılır.

Onun sözlərinə görə, ümumiyyətlə son dövrlərdə polis əməkdaşları tərəfindən ayrı-ayrı səhifələr vasitəsilə narkotik vasitə satan şəxslərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib:

"Təsadüfi deyil ki, 2021-ci ilin 6 ayı ərzində sosial şəbəkədə narkotik vasitələr satan 79 qrupun üzvü olan 197 nəfər saxlanılaraq barələrində istintaq araşdırmaları aparılıb. Bu dövrdə təkcə sosial şəbəkələrdə narkotik dövriyyəsi ilə məşğul olan şəxslərdən 500 kq-a yaxın narkotik vasitə, 100 kq-dan artıq psixotrop maddə, həmçinin narkotik vasitə istifadəçiləri arasında "patı şüşə” adlanan psixotrop maddə olan metamfetamin aşkar olunub. Bütün bunlar yalnız sosial şəbəkə üzərindəın narkotik vasitə satan şəxslərdən aşkar edilib”.

A.Qafarov onu da qeyd edib ki, sosial şəbəkələrdə narkotik vasitələr təklif edən səhifələr əsasən əksər hallarda xarici ölkələrdə yaradılaraq idarə edilir:

"Həmin şəxslər ölkədaxilində özləri üçün narkokuryerlər tapmaq məqsədilə narkotik vasitələrin onlayn satışını təşkil edirlər. Polislər tərəfindən ölkədaxilində narkotik vasitələr satan, narkotacirlərin şəbəkəsinə daxil olan narkokuryerlər müəyyən edilərək, məsuliyyətə cəlb edilirlər. Ölkəmizdə xaricdəki narkotacirlərlə iş birliyinə girən şəxslər elə bilməsin ki, saxta profillər açaraq, onlayn yollarla narkotik vasitələrin satışını həyata keçirməklə məsuliyyətdən yayına biləcəklər.

DİN-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində ölkə daxilində narkokuryerlər və narkotik vasitə satan şəxslərin kimlikləri müəyyən olunaraq, onlar barəsində tədbirlər görülür və bundan sonra da qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.

Bununla yanaşı narkotik vasitələrlə, psixotrop maddələrlə mübarizə polis əməkdaşlarının vəzifə və vətəndaşlıq borcudur. Lakin anti-narkotik təbliğat işində biz ictimaiyyət nümayəndələrindən və sosial şəbəkənin aktiv istifadəçilərindən, eyni zamanda incəsənət adamları, eləcə də din xadimlərindən vətəndaşlıq mövqeyi gözləyirik. Bu bəla ilə mübarizədə hər kəsdən vətəndaşlıq mövqeyini ortaya qoyaraq polis əməkdaşlarına kömək olmalarını xahiş edirik”

"Həmçinin sosial şəbəkə istifadəçilərindən də xahiş edirik ki, onlayn qaydada narkotik vasitə satışı ilə məşğil olan səhifələrlə rastlaşdıqları təqdirdə Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə, eləcə də Daxili İşlər Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etsinlər.

Eyni zamanda aktiv sosial şəbəkə istifadəçiləri xaricdən idarə edilməklə onlayn yolla narkotik satışı həyata keçirən səhifələr gördükdə həmin səhifələri şikayət etməklə onların fəaliyyətinin dayandırılmasına köməklik göstərmələrini xahiş edirik”, - deyə polis mayoru A.Qafarov sonda qeyd edib.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi