"İnstagram"da evli qadınları şantaj edib, onlardan 10 min manat aldı - FOTOLAR

"İnstagram"da evli qadınları şantaj edib, onlardan 10 min manat aldı - FOTOLAR
SOSİAL
17:08 28.09.2017
6329

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən müxtəlif sosial şəbəkələrdə insanların etimadını qazanan və daha sonra tanış olduqları şəxsləri hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib. 

AZXEBER.COM  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın "İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini  bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Siyəzən rayon sakini Cavad Ağarəşidov qeyd edilən miqdarda pulu qadından alan zaman saxlanılıb. Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edən oxşar qanunazidd əməllə üzləşən daha bir xanım da tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 10000 manat aldığını və yenidən 2000 manat tələb etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. S.İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.

Göstərilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, qadınlara hədə-qorxu gələrək onlardan pul tələb edən gördüyünüz bu şəxslərin əməllərindən başqa zərərçəkənlər varsa, bu barədə Baş İdarəyə müraciət edə bilərlər. Analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi