Sosial şəbəkədə yazışan arvadını öldürdü - Şabrandakı qətlin TƏFƏRRÜATI

Sosial şəbəkədə yazışan arvadını öldürdü - Şabrandakı qətlin TƏFƏRRÜATI
SOSİAL
14:23 23.02.2017
10532
Bakı Apellyasiya Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb. 
2015-ci il aprelin 17-si axşam saat 18 radələrində Suraxanı rayon 11 saylı Təcili Tibbi Yardım Stansiyasına Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 ünvanından çağırış daxil olub. Briqada qəsəbəyə çatanda özünü ağır xəstənin əri kimi təqdim edən şəxs onları qarşılayıb evə aparıb. Çarpayının üzərində huşsuz vəziyyətdə olan qadının yuxu arteriyası yoxlanıldıqda, onun artıq öldüyü müəyyən edilib. Evdən çıxanda Elnur İsmayılov həyəcanlı halda meyidin Təcili yardım maşını ilə Tovuz rayonuna aparmasını xahiş etsə də, həkim polisin icazəsi olmadan mərhumu heç yerə apara bilməyəcəyini deyib. Daha sonra hadisə yerinə Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları cəlb olunublar. Fakta görə həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanılıb. 
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Çiçək Alıyevanın sifət və bədən nahiyələrində çoxsaylı sıyrıq və qançırlar aşkar edilib. Ölümünə ağız və burun dəliklərinin əllə qapanması nəticəsində törənən mexaniki asfiksiya səbəb olub. 
Hadisədən 12 gün sonra, ayın 29-da Elnur İsmayılov Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və Suraxanı RPİ-nin əməkdaşlarına təhvil verilib.
İstintaqla müəyyən edilib ki, Elnur İsmayılov qeyri-rəsmi ər-arvad münasibətində olduğu Çiçək Alıyevanın ona xəyanət etməsindən şübhələnərək onunla dəfələrlə mübahisə edib. Aprelin 17-də kirayə yaşadıqları evə gələrkən o, qadının otaqdakı çarpayının üstündə əyləşib, telefonla yazışdığını və sonra telefonu gizlətdiyini görüb. Elnur Çiçəkdən telefonu istədikdə sonuncu qəti şəkildə buna etiraz edib. Qısqanclıq zəminində Alıyevanı qəsdən öldürmək qərarına gələn İsmayılov əvvəlcə onun sifət və baş nahiyələrinə yumruq və təpiklə zərbələr vurub. Niyyətini başa çatdırmaq istəyən şəxs qadının döşəmədə əyilmiş və hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək, onun burun və ağız dəliklərini qapayıb. Bununla da, Alıyevanın sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, onu qəsdən öldürüb. 
İş üzrə dindirilmiş Elnur İsmayılov bildirib ki, ayın 12-də Çiçəyin mobil telefonuna baxarkən onun sosial şəbəkədə müxtəlif adlarla qeyd olunmuş şəxslərlə yazışmalarını görüb, bu səbəbdən onların arasında mübahisə baş verib. Aprelin 17-də otağa daxil olarkən Alıyevanın telefonla yazışdığını və onu görən kimi telefonu döşəyin altına qoyduğunu görüb. Əvvəl ondan telefonu tələb edib, sonra sifətinə 2 dəfə sillə vurub, döşəyin altından telefonu götürmək istəyərkən Çiçək əlini dişləmək istəyib. O, arvadının kürəyindən ayağı ilə zərbə vurub və telefonu alıb, baxarkən onun bir oğlanla yazışdığını görüb. Həmin vaxt artıq qadının səsi çıxmayıb, o, əyilmiş vəziyyətdə çarpayıya söykənib və rəngi ağarıb. Elnur təcili yardıma zəng edib, sonra Çiçəyi qucağına alıb çarpayıya uzatıb, bir neçə dəfə süni nəfəs verib, lakin qadında heç bir tərpəniş olmayıb. İsmayılov qeyd edib ki, Alıyevanı öldürmək fikri olmayıb və onu boğmayıb.

Məhkəmə prosesində Elnur İsmayılov ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki, Çiçəyi öldürmək üçün heç bir səbəbi olmayıb. Ayın 17-də işdən çıxıb evə gəldikdə qapıların açıq və arvadının mətbəxdə yerdə uzanıqlı vəziyyətdə qaldığını görüb. O, dərhal yoldaşını yatağa uzadıb, onun qardaşı Əzim Alıyevə, sonra isə təcili yardıma zəng edib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 
Hökmdən məhkum apellyasiya şikayəti verib. 
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
/// aktual.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib