"Bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olur. Hesab edirəm ki, Azərbaycan belə insanlardan imtina etməlidir".
AZXEBER.COM olke.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib.
A.Abıyev deyib ki, əgər onlar Azərbaycanın adından danışırlarsa, inkişafdan, görülən işlərdən danışsınlar:
"Mən bir idmançı kimi deyirəm ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar xarici qüvvələr tərəfindən öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Azərbaycanın çörəyini, yeyən havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır”.